ARDNŞ tərəfindən gənc kadrların yetişdirilməsinə və onların müvafiq müəssisələrdə işlə təmin olunmasına, həmçinin onların karyera yüksəlişi üçün bir çox işlər görülür . Hər il olduğu kimi bu ildə ARDNŞ-in nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinə 13 nəfər uşaq evi və internat məktəbinin məzunları qəbul edilerək geyim , qida ve subaylar üçün yataqxanada yaşayış yeri ilə təmin olunmuşlar. Bu günə kimi 120 nəfərə yaxın “İnternat Mezunlarının Sosial İnteqrasiya” təşkilatının (İMSİ GİB) üzvü olan gənclər ARDNŞ-in müxtəlif müəssələrində daimi işlə təmin olunublar . Heydər Əliyev Fondunun dəstəyi ilə Nizami rayon ərazisində həmin gənclərdən ailə quran 60 nəfəri tam təmirli və içərisində hər bir əşyası olan mənzillərlə təmin olunmuşlar Ümid edir və inanırıq ki, H Əliyev fondunun və ARDNŞ-ın təşəbbüsü ilə həyata keçirilən bu sosial proqram davamlı olacaq və valideyn himayəsindən məhrum,diqqət və dəstəyə ehdiyacı olan digər dostlarımızda dövlətin onlara olan qayğısını hiss edəcək və ondan bəhrələnəcəklər.
Bizlərə gostərdiyiniz bu cür qayğıya görə H Əliyev fonduna ARDNŞA-na və bu sahədə daim
gənclərimizə dəstək olan Gülara xanim Teymurovaya bütün gənclərimiz adından təşəkkür edirəm!
!


