Qeyri hökumət təşkilatlarına dəstəy şurasının maliyyə dəstəyi və “İMSİ” Gənclər ictimai birliyinin təşkilatçılığı ilə “İnternat məzunu olan gənclərə “Davranış qaydaları və etik normaların” təbliği” layihəsi həyata keçirilir. Yaşadığımız mühitdə internat məktəbində oxuyub, orada həddi-buluğa çatan gənclər müəssisədaxili qayda-qanunlar çərçivəsində ictimaiyyətdən kənarda və illərlə eyni mühit və eyni insanlar arasında böyüdükləri üçün internat məktəbini tərk etdikdən sonra müstəqil həyata addım atarkən bir çox problemlərlə rastlaşırlar. Bu problemləri aradan qaldırmaq və gənclərimizə dəstək olmaq məqsədi ilə layihənin həyata keçirilməsinə başlanılıb. Layihənin əsas məqsədi dörd müəssisədən (Quba 1 saylı xüsusi internat məktəbi, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evi, Sabunçu rayon 1 saylı xüsusi internat məktəbi və Xətai rayon 3 saylı uşaq evi) internat ve uşaq evindən məzun olan gəncləri bir yerə toplayaraq onlara davranış qaydaları, vətənpərvərlik və milli mənəvi dəyərləri təbliğ etməklə, onların dünyagörüşünün artırılması məqsədi ilə maddi-mədəniyyət abidələrinə (tarixi abidələr, diyarşünaslıq muzeyləri və s.) gəzintilər təşkil etməklə, maarifləndirici təlimlər keçməklə müstəqil həyata inteqrasiyasına köməklik göstərməkdir. 22 İyul 2017-ci il tarixdə “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin “İnternat məzunu olan gənclərə davranış qaydaları və etik normalarının təbliği” layihəsi çərçivəsində təlimlərə start verilmişdir. Təlimin ilk günü İnternat məzunlarının görüşünə gələn Nizami rayon icra Hakimiyyətinin başçısının müavini Gülnaz xanım iştirakçıları salamlayaraq İnternat uşaqları ilə bağlı dövlətimizin həyata keçirdiyi çoxsaylı tədbirlərdən və qayğılardan danışdı. O, İnternat məzunlarının bu layihəsinə uğurlar arzuladı. Davranış qaydaları və etik normaların çoxsaylı komponentlərindən məlumat verən təlimçi Şahin Rəcəbov mövzunun müasir cəmiyyət üçün çox aktual olduğunu qeyd etdi. Birliyinin sədri Araz Əhmədov artıq İnternat və uşaq evində böyüyüb orda təhsil alan gənçlər haqqında cəmiyyətdə mövcud olan stereotipləri aşaraq bu təşkilatın cəmiyyət üçün çox faydalı kadr bazasını hazırladığını, bu təbəqə haqqında pozitiv fikrin formalaşdığını qeyd etdi. Təlimdən sonra iştirakçılar Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiya etdilər. Daha sonra gənclər çimərliyə istirahətə dəvət olundular. 23.iyul 2017 -il tarixdə növbəti təlimdən sonra gənclər , İcəri şəhər Dövlət Tarixi memarlıq qoruğunda Qızqalası və Şirvan Şahlar sarayınin tarixi haqqinda ətraflı və maraqlı məlumatlar oyrəndilər. Tədbir iki həftə davam edəcəkdir növbəti həftə “İMSİ” gəncləri , Qonustan Dövlət tarixi bədii quruğuna səfər edəcəklər . Layihənin sonunda təlimlərə qoşulan gənclər üçün uç günlük düşərgə təşgil olunacaq və bu düşərgə ərzində gənclərimiz Şamaxı və İsmayıllı rayonlarında yerləşən bir necə tarixi yerlərlə tanış olacaqlar.