IMSI” İnternat Məzunlarının Sosial İnteqrasoyası GİB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə Elm və Təhsil nazirliyinin də dəstəyilə Technest təqaüd proqramı çərçivəsində İnternat məktəblərindən məzun olmağa hazırlaşan gənclərin rəqəmsal bacarıqlar sahəsində maarifləndirilməsi məqsədilə “Digital Touch – Rəqəmsal Toxunuş” layihəsinin məzun günü keçirilmişdir. Təlimçilər tərəfindən 3 ay müddətində hər internat məktəbində hər birində 15 uşaq olmaqla ümumillikdə 45 uşağın iştirak etdiyi İT dərsləri keçirilmişdir. Dərslərə qoşulan tələbələr kompüteri sökülüb yığılması, ofis proqramları ilə işləmək, təqdimat bacarığı, qruplarla iş mövzularında özlərini inkişaf etdirmişdirlər.

Tədbirdə iştirak edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal səriştələr departament rəhbəri Fatimə Ələkbərova, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev, İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər ictimai birliyinin sədri Araz Əhmədov və təlim mərkəzinin direktoru Azər Sanılı uşaqları təbrik edib onların gələcək həyatlarında daha uğurlu karyera qurması üçün məsləhətlər vermişdirlər.
Məzun olan hər bir gənci təbrik edir və gələcək həyatlarında daha böyük uğurlara imza atmaqlarını diləyirik.