“Qarabağ” Reqbi Klubunun məşqçi heyyəti 11 saylı inteqrasiya tipli internat-məktəbində “Gənc reqbi ulduzları” layihəsinin iştirakçıları ilə görüşüblər.

Görüşdə uşaqlara reqbi idman növü və layihə haqqında geniş məlumat verilib. Layihənin təşkilatçılarından olan “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə “Azərbaycan” universitetinin Sosial iş fakultəsinin bir qrup tələbələri layihədə praktikant qismində iştirak ediblər, uşaqlarla həvəsləndirici diskussiya aparıblar, reqbi qaydaları çərçivəsində maraqlı konkurslar və kiçik yarışmalar təşkil ediblər. Ümumilikdə bu internat məktəbində 27 nəfər layihədə iştirak edəcəkdir. Növbəti məşqlərdən etibarən bu məktəbdə məşq prosesinə Gürcüstandan olan təcrübəli məşqçi Nikoloz Tsikaridze qoşulacaq.