AZAL-ın təşəbbüsü və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə internat məktəblərindən məzun olmağa hazırlaşan gənclər üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına maraqlı və yaddaqalan ekskursiya təşkil olundu.
AZAL-ın bu təşəbbüsü, internat məktəbi şagirdlərinin sosial adaptasiyası və inkişafı baxımından əhəmiyyətli bir töhfədir. Bu nümunəvi addım gənclər üçün sadəcə bir ekskursiya deyil, həm də gələcəyə ümid, inam və motivasiya mənbəyidir.
Əminik ki, bu cür təşəbbüslər digər qurumlar üçün də ilhamverici olacaq və onlar da gənclərin dəstəklənməsi və inkişafına yönəlmiş layihələrə qoşulacaqlar.
Bu dəyərli və humanist təşəbbüsə görə AZAL ailəsinə dərin təşəkkürümüzü bildiririk!





