İMSİ və “Proqres Klub” arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb.

“İnternat məzunlarının sosial inteqrasiyası” Gənclər İctimai Birliyi İMSİ və “Proqres Klub” arasında Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən məzun olmuş şəxslərə dəstək sahəsində əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb.

Bir tərəfdən təsisçi Əhmədov Nizaməddin Vahid oğlunun şəxsində “Proqres Klub” (könüllü üzvlərin birliyindən ibarət qeyri-rəsmi təşkilat), digər tərəfdən sədr Əhmədov Araz …. oğlunun şəxsində “İnternat məzunlarının sosial inteqrasiyası” Gənclər İctimai Birliyi (bundan sonra birlikdə “Tərəflər”) Bu Memorandumu imzalamaqla aşağıdakılar barədə razılığa gəlirlər:

1. Məqsəd Bu anlaşma memorandumunun məqsədi Tərəflərin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən məzun olmuş şəxslərə (bundan sonra “məzunlar”) onlar üçün Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hüquqların (bundan sonra “hüquqlar”) həyata keçirilməsi, sosial inteqrasiyaları, əlavə bilik və bacarıqlara yiyələnmələri və əmək fəaliyyətinə cəlb edilmələri ilə bağlı məsələlərdə dəstəkləmək üçün qarşılıqlı olaraq könüllü fəaliyyət göstərmə niyyətlərini ifadə etmək və bu fəaliyyətin məzmununu müəyyən etməkdir.

2. Fəaliyyət istiqamətləri 2.1. Bu memorandumun məqsədinin icrası üçün “Proqres Klub”:

2.1.1. məzunlara hüquqlarının izah edilməsi məqsədilə onlarla görüşlər və seminarlar həyata keçirməyi;
2.1.2. məzunlara hüquqlarını həyata keçirmələri üçün hüquqi məsləhətlər verməyi, həmçinin lazımi hüquqi sənədlərin toplanmasında və hazırlanmasında kömək göstərməyi;
2.1.3. məzunların əmək fəaliyyəti ilə məşğul olmaları üçün zəruri olan bilik və bacarıqlara yiyələnmələrini təmin etmək məqsədilə onları lazımi təlim, kurs və seminarlara yönəltməyi;
2.1.4. məzunlara işlə təmin edilmələri üçün uyğun vakansiyaları tapmaq və CV hazırlayaraq həmin vakansiyalar üçün namizədliyini irəli sürməkdə kömək göstərməyi;

3.1 Bu memorandumun məqsədinin icrası üçün “İnternat məzunlarının sosial inteqrasiyası” Gənclər İctimai Birliyi:

3.1.1 məzunlarla “Proqres Klub” arasında əlaqə yaratmağı;
3.1.2. “Proqres Klub”a vəzifələrinin icrası üçün lazım olan məlumatların əldə edilməsində kömək göstərməyi üzərinə götürür.