16 aprel 2022 tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnternat Məzunlarının Sosial İnteqrasiyası” (İMSİ) Gənclər İctimai Birliyinin həyata keçirdiyi “İnternat məzunları arasında sağlam həyatın təşviq edilməsi” layihəsinə Lənkəran şəhəri Palıdlı Sahil İstirahət Mərkəzində start verildi. Layihədə ilk dəfə olaraq 2 və 3 N-li Xüsusi İnternat Məktəbinin eşitmə əlilliyi olan məzunları da iştirak etdilər. Bu da onların cəmiyyətə inteqrasiyasına və sosiallaşmasına müsbət təsir göstərdi. Keçirilən təlimlər onlara işarət dili ilə tərcümə olunur. Bu həm də layihə iştirakçısı olan digər gənclərdə işarət dilinin öyrənilməsinə olan marağı artırır. Təlimlərin yekununda düşərgə iştirakçıları asudə vaxtlarını səmərəli keçirdilər. Belə ki, internat məzunları Lənkəran şəhərində yerləşən “Xan Evi” Tarixi Diyarşünaslıq muzeyini və Həzi Aslanovun ev muzeyini də ziyarət etdilər.
