“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü, Dövlət Məşğulluq Agentliyi, Azəriqaz İB , KOBİA, Şamaxı rayon İH və Bank Respublika ASC-nin dəstəyi ilə yaranan “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda yaradılan sosial tikiş müəssisəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab Sahil Babayev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri cənab Mustafa Abbasbəyli qonaq gələrək müəsissənin fəaliyyəti və istehsalı ilə tanış oldular. Komandamız ilə səmimi söhbətdan sonra xatirə fotosu çəkdildi.