“İnternat məzunu olan gənclər arasında aktiv həyat tərzinin təbliği!” Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationun XI qrant müsabiqəsinin qalibi “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin “İnternat məzunu olan gənclər arasında aktiv həyat tərzinin təbliği!”layihəsi sona çatıb.
Xatırladaq ki,layihənin əsas məqsədi internat mezunu olan gənclərin cəmiyyətə inteqrasiyası,faydalı məşğulluğu,dövlətin və cəmiyyətin inkişafında onların təşəbbüskarlığını və iştirakını artırmaqdır.
Asudə vaxtlarının səmərəli təşkili və müxtəlif internat məktəblərindən olan gənclərin öz aralarında şəbəkələşmələri üçün layihə çərçivəsində müxtəlif müəssisələrdən məzun olan gənclər arasında “İMSİ” 2019 kuboku üzrə futbol yarışı keçirildi. “Quba internat məzunları” “Lənkaran uşaq evi məzunları” “Maştaga 1 saylı internat məzunları” “ 1saylı uşaq evi məzunları” “3 saylı uşaq evi məzunları” “Masazır məzun evi “ komandaları arasında keçirilən oyunlara 6+1 olmaqla 42 gənc cəlb olundu.Yarış boyu fərqlənən oyunçular sertifikat və medallarla təltif olundular.1-ci və 2-ci yerləri tutan komandalara kuboklar təqdim olundu.Yarışda fərqlənən gənc idmançılardan ibarət “İMSİ” yığma komandası yaradıldı.Hazırda komandamız digər təşkilatların həvəskar komandaları arasında keçiriləcək yoldaşlıq oyunlarına hazırlaşır.
Növbəti mərhələdə layihə iştirakçıları üçün iki günlük səfər təşkil olundu.Səfər əsasən maarifləndirici xarakter daşıyırdı.Səfərimizin ilk günü Şəki şəhərində keçdi.Layihə iştirakçıları Şəkinin qədim tarixi mədəniyyəti,təbiəti və mətbəxi ilə yaxından tanış oldular.Xan Sarayına səfər etdilər.Növbəti gün Balakən rayonunda olduq.İki gün ərzində gənclər təlim və seminarlarda iştirak etməklə yanaşı gənclərdən ibarət yerli futbol komandası ilə yoldaşlıq oyunları keçirdilər.
Vətənimizdə böyük sevinclə qeyd olunan 10.000.000.-cu azərbaycanlıya həsr olunmuş tədbirə dəvət aldıq və Balakən rayonunun qonaqpərvər gəncləri ilə birlikdə ərazinin gəzməli,görməli yerlərinə gəzintiyə çıxdıq.
Layihə iştirakçıları 2 günlük səfər zamanı yurdumuzun təkrarolunmaz gözəllikləri ilə yaxından tanış oldular və daim axtarışda olan,yeniliyi sevən,ideyalarla zəngin dostlar qazandılar.
P.S Çox sevindirici haldır ki,Vətənimizin müxtəlif bölgələrində dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını dəstəkləyən gənclərimiz var.Birliyin Balaken rayonunda keçirdiyi tədbirlərin uğurla nəticələnməsində rayon gənclərinin inkişafında xüsusi rolu olan fəal gənclərindən Sarxan Haciyev in adını xüsusi qeyd etmek istərdim .O layihə iştirakçılarının qarşılanması,istiqamətləndirilməsi, yerləşdirilməsi və iki gün ərzində bizimlə davamlı maraqlanmaqla öz bacarıqını, qonaqpərvərliyi yüksık səviyyədə göstərərk gəclərimizin hörmətini qazanmışdı.Bu səbəbdən ona dərin minnətdarlığımızı bildirir,gələcək fəaliyyətində uğurlar arzulayırıq.




