İMSİ İnternat Məzunlarının Sosial İnteqrasiyası GİB-nin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi-nin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnternat və uşaq evi məzunları arasında məşğulluq və sahibkarlıq fəaliyyətinin təbliği” II İnkuliziv layihə Astara rayonunda başa çatıb. Layihə çərçivəsində gənclərə, BDU müəllimi, biologiya üzrə fəlsəfə doktoru, NLP Master, Hədəf şirkətlər qrupunun beynəlxalq əlaqələr və təlim üzrə mütəxəssisi, təlimçisi Ferid Seyfullayev tərəfindən 1. Xarakter tipləri və Karyera. 2. Grow modeli və Karyera istiqamətinin seçilməsi 3. Karyera seçiminə maneə olan düşüncələr və onların dəyişdirilməsi mövzusunda, eyni zamanda, Dövlət Məşğulluq Agentliyi-nin mərkəzi karyera filyalının əməkdaşı Rüstam Məmməd tərəfindən DMA-nin peşə hazırlığı imkanları, güzəştləri, və özünü məşğulluq proqramları haqqında ətraflı məlumat verilmişdir. Layihədə ümumi internat məktəbi məzunları ilə yanaşı eşitmə məhdudiyyətli internat məktəbindən məzun olan gənclər də iştirak edib. Layihə ərzində bütün məlumatlar onlar üçün #SəssizÜnsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin komandası tərəfindən tərcümə edilib. Təlimlər başa çatdıqdan sonra gənclər asudə vaxtlarını Astarının gözəl guşələrində keçiriblər.





