“Məşğulluğun artırılması” proqramı başa çatdı

“İMSİ”-GİB, “Reyhan” Catering və Fil Agency şirkətinin birgə təşəbbüsü ilə həyata keçiriləcək “Uşaq evi və İnternat məktəbindən məzun olmuş gənclər arasında məşqulluğun artırılması və peşə sahibi olmalarına dəstək ” proqramı yekunlaşıb.

Proqramın məqsədi gənclərin hər hansı bir peşəyə yiyələnməsi və bununla da yaşam ehtiyaclarını təmin etməkdir. İlkin olaraq proqrama qoşulmaq istəyən gənclər arasından 10 nəfər gənc seçilmiş və ölkənin öndə gedən otel, restoran və catering şirkətlərində 6 ay müddətində aşbazlıq, restoran idarəçiliyi, otel və turizm idarəçiliyi sahəsində təcrübə proqramı keçmişlər.

Təcrübə proqramı müddətində gənclər 150 manat məvacib və gündəlik qidalanma ilə təmin olunmaları nəzərdə tutulmuşdur. Proqramı uğurla başa vuran gənclər təcrübə keçdikləri məkanda və ya digər razılaşdırılmış yerlərdə işlə təmin olunmaqlarına köməklik göstəriləcək.