İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin, Gənclər fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müstəqil həyata sağlam inteqrasiya” Uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası lahiyəsi sona çatmışdır. Layihənin əsas məqsədi internat məktəblərində və uşaq evlərində təhsil alan şagirdlərin psixoloji reabilitasiyası, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etməklə maarifləndirici tədbirlər həyata keçirib, internat və uşaq evi məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini vermək idi. Layihədən Bakı şəhərlərində yerləşən 4 internat məktəbi və uşaq evlərində 150 -dən çox şagird faydalandı. Layihənin birinci hissəsi Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi” tərəfindən həyata keçirildi. “LOQOS” Psixalogiya mərkəzinin mütəxəsisləri tərəfindən iştirakçılar arasından seçilmiş 30 nəfər gəncələrin hər birinə psixi sağlamlığını və cəmiyyətdə psixo-sosial adaptasiyasını formalaşdırmaq üçün 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstərilmişdir. Seanslar ərzində hansısa bir gəncin Nevropotoloji tibbi müalicəyə ehdiyacı yarandığıı halda ,təşkilatımız tərəfindən hənim gəncin müalicə almasına köməklik göstərilmişdir. Layihənin 2-ci hissəsində ümumilikdə 150 nəfərdən cox gəncə lahiyə çərçivəsində təlim və seminarlar vasitəsilə, intelektual səviyyələrinin inkişaf elətdirilməsi üçün oyunlar, dünya görüşü və analitik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün həftəlik tapşırıqlar (tedx, videolar, məlumatlar), networking, könüllülük programları və s. təşkil olunmuşdur. Şəxsi Brend, 5-10 illik hədəflərin təyin olunması, motivasiya, NLP, düzgün komunikasiya bacarıqları, EQ, CV-lərin hazırlanması, Time Managament, ictimaət qarşısında çıxış, kretik yanaşma, kreativ düşüncə, psixoloji konsultasiya, bədən dili ,uğurlu karyera necə qurulmalıdır, sosial şəbəkələrdən düzgün istifadə, iş həyatına psixoloji hazırlıq, liderlik, fərdi inkişaf bələdçisi(couch), və bu kimi Seanslar bitdikdən sonra həmin müəssələrdən məzun olmuş gənclər Şamaxı rayonunda 3 günlük düşərgədə iştirak etdilər.