“Sağlam vətənpərvər olaq” layihəsi
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam vətənpərvər olaq” adlı layihəsi yekunlaşıb.
Layihnin əsas məqsədi internat məzunu olan gənclərə vətənpərvərlik və sağlam həyat tərzi mövzularında silsilə təlimlərin keçirilməsi ilə onların bu mövzuda biliklərinin artırılması və nəticə etibarı ilə daha sağlam vətənpərvər gənc kimi yetişmələrinə dəstək olmaqdır. Təlimin növbəti qonağı gənclərimizin görüşünə gələn Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Əli Müəllim gənclərimizə internat məzunları ilə bağlı dövlətimizin həyata keçirdiyi çoxsaylı tədbirlərdən , sosial lahiyələrdən danışdı və multikulturalizimlə bağlı ətraflı məlumat verdi.
Layihənin icra planına əsasən internat məzunları üçün 3 mövzuda təlim keçirildi. Vətənpərvərlik, Zərərli vərdişlər, Fəal vətəndaşTəlimlərin daha effektiv olması üçün planına uyğun olaraq vətənpərvərlik mövzusunda seminarlarla bərabər 2017-ci il üçün MDB paytaxtı seçilən Gəncə şəhərinə 2 günlük tur təşkil olunub. Turun məqsədi şəhərlə tanışlıq, tarixi yerlərə və muzeylərə ekskursiyalar təşkil etməklə Azərbaycanın tarixini öyrənməkdir. Bundan əlavə 1 günlük Quba məzarlığı və Cocuq mərcanlı kəndinə tur təşkil edərək, gənclərə ermənilərin əsirlər boyu başımıza gətirdiyi vəhşiliklər haqqında ətraflı məlumat verilib.