Beynəlxalq Qadınlar Günü münasibətilə #PAŞAHolding-in dəstəyi ilə “IMSI” İnternat Məzunlarının Sosial İnteqrasoyası GİBi tərəfindən Şamaxı rayonunda fəaliyyət göstərən və Göylər kəndində yaxın zamanda işə başlayacaq sosial tikiş müəssisəsində çalışan ümumilikdə 41 xanıma qiymətli hədiyyələrlə yanaşı, BRAVO marketdən 100 manatlıq alış-veriş kuponu təqdim edilib.

Qeyd edək ki, Göylər kəndindəki sosial tikiş müəssisəsi #PAŞAHolding, Dövlət Məşğulluq Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə tezliklə fəaliyyətə başlayacaq.

Bu layihə kənd yerlərində yaşayan tənha anaların və aztəminatlı ailələrdən olan xanımların peşə bacarıqları əldə etməsinə, məşğulluq imkanlarının genişlənməsinə və onların ölkə iqtisadiyyatına töhfə verməsinə şərait yaradır.

Sosial sahibkarlığın inkişafı və qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi baxımından bu kimi təşəbbüslərin davamlı olması regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.

#PAŞAHoldig #İMSİgib

May be an image of 7 people, clothes iron and hospital

Leave a Reply

Your email address will not be published. Required fields are marked *