“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Tənha Anaların Sosial İnkişafına Dəstək” layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsinin kollektivi üçün Bakı şəhərində yerləşən tekstil istehsal müəssisəsinə ekskursiya təşkil olunub.

Ekskursiya Bakı Tekstil Fabriki-də baş tutub. Səfər zamanı iştirakçılar müəssisənin istehsal prosesi ilə yaxından tanış olub, sahənin incəlikləri və müasir istehsal yanaşmaları barədə ətraflı məlumat əldə ediblər.

Müəssisənin təsisçi rəhbəri Səkinə Babayeva xanım çıxış edərək öz peşəkar təcrübəsini bölüşüb, tekstil sahəsində qazandığı uğurlar haqqında danışıb və iştirakçıları bu istiqamətdə inkişaf etməyə təşviq edib. Eyni zamanda müəssisənin baş direktoru Elchin Babayev müəllim müəssisənin inkişafı üçün satış strategiyasının düzgün qurulmasının əhəmiyyəti, ticari qaydalar və praktik yanaşmalar barədə məlumat verərək öz təcrübəsini iştirakçılarla bölüşüb.

Ekskursiyanın sonunda xatirə fotosu çəkilib.

Layihə çərçivəsində Şamaxı rayonu və ətraf kəndlərdən olan xanımlar üçün əlavə olaraq Bakı şəhərində tanışlıq məqsədli gəzintilər də təşkil olunub. İştirakçılar Bakı Zooloji Parkı və Dağüstü Park-da olaraq paytaxtın görməli məkanları ilə tanış olublar.

Qeyd edək ki, layihənin əsas məqsədi tənha anaların və aztəminatlı ailələrdən olan xanımların sosial inkişafına dəstək göstərmək, onların peşə bacarıqlarını artırmaq və cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.

Sonda ekskursiyanın təşkilinə göstərdiyi dəstəyə görə Bakı Tekstil Fabriki kollektivinə, eləcə də layihənin həyata keçirilməsində dəstək göstərən dəyərli tərəfdaşlara və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk. #İmsigib#bakitekstilfabriki