“Ümid və İnkişaf” – Gənclərin mənəvi və vətənpərvərlik məktəbi!
Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği məqsədi ilə İMSİ ” İnterna Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü və National Assembly of Youth Organizations of the Republic of Azerbaijan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə “Şəbəkə” layihəsi çərçivəsində “Ümid və İnkişaf” adlı sosial layihəyə start verilib. Layihə, internat məktəblərində təhsil alan, məzun olmağa hazırlaşan, eləcə də Şamaxı rayonunda yaşayan tənha ana himayəsində böyüyən gənclərin sosial inkişafına, milli-mənəvi dəyərlərinin möhkəmlənməsinə və Ulu Öndər Heydər Əliyev irsinin daha dərindən mənimsənilməsinə yönəlib. Layihə çərçivəsində gənclər təşkilatlarının nümayəndələri tərəfindən internat məktəblərində yaşayan və məzun olmağa hazırlaşan şagirdlər üçün inkişaf yönümlü workşoplar təşkil ediləcək. Tədbirlər qeyri-formal təhsilin ilkin mərhələsi kimi uşaqların sosial bacarıqlarını artırmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və Heydər Əliyevin uşaqlara və gənclərə göstərdiyi qayğı və diqqət prinsipini yaşatmaq məqsədi daşıyır.
Bu təşəbbüs, Ulu Öndər Heydər Əliyevin gənclər və uşaqlara dair irsinin təbliği fonunda internat məktəblərində yaşayan gənclərin sosiallaşmasına və şəxsi inkişafına dəstək verməyi qarşısına məqsəd qoyub.





