Tağıyev Xəyal Haqverdi oğlu 1983-cü ildə Qazax rayonu Yuxarı Əskipara kəndində anadan olmuşdur. O, 1990-cı ildə doğulduğu rayonda yerləşən internat məktəblərinin birinə yerləşdirilir.

Daha sonra 1993-cü ildə Bakı şəhəri Sabunçu qəsəbəsində yerləşən 1 saylı kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan uşaq evinə köçürülür. 2001-ci ildə oxuduğu uşaq evindən məzun olur. Məzun olduqdan sonra həyatın çətinlikləri ilə üz-üzə qalan Xəyal, daha öncə uşaq evinin məzunu olmuş dostlarına və qohumlarına müraciət edir. Onlardan müsbət cavab aldıqdan sonra tezliklə işləməyə başlayır. Xəyal 2003-cü ildən 2008-ci ilə qədər fəhlə, satıcı, ofisiant kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Daha sonra daha çox gəlir qazanmaq ümidiylə 2 il müddətinə Rusiyanın Moskva şəhərinə köçür. 2010-ci ildə Bakıya döndükdən sonra o, tamamən fərqli sahədə çalışmaq qərarına gəlir. İlk əvvəl xobbi olaraq musiqi sənətiylə məşğul olur. Daha sonra isə əvvəllər arzusunda olduğu film sektorunda işləmək qərarına gəlir.
O, 2012-ci ildə “Səndən sonra” serialında set işçisi, 2014-cü ildə “1 milyon manat bədii filmində rejissor asistenti, 2015-ci ildə “Bir ovuc sonsuzluq” bədii filmində rejissor asistenti, 2016-cı ildə “28 İyun” serialında 2-ci Rejissor,
və “Gizlənpaç» bədii filmində rejissor asistenti, 2017-ci ildə “Sən olmasaydın”, və “Qisas” serialında rejissor asistenti, 2018-ci ildə “İmtahan” serialında rəssam köməkçisi, 2018-ci ildə “Əfsanə qayıdır” bədii filmində rejissor asistenti, 2018-2019-cu illərdə “Niyə” serialında rejissor asistenti , 2019-2021-ci illərdə isə “Baldız” serialında 2-ci rejissor və bir neçə film və seriallarda fəaliyyət göstərir. Həmçinin Xəyal, bəzi filmlərdə mütəmadi olaraq epizodik rollar alır. O, hal-hazırda ARB kanalında yayımlanan “Baldız” serialında çalışır. Xəyal agro-biznes və yaşıllaşdırma sahələri ilə də maraqlanır. Həmçinin gələcəkdə işğaldan azad olunmuş ərazilərda layihələr keçirmək, agro biznesi inkişaf etdirmək və Azərbaycan iqtisadiyyatına faydalı olmaq istəyir. Xəyalın bildirdiyinə görə, əgər bu işdə ona dəstək göstərilərsə, gələcəkdə daha çox nəaliyyətə imza ata bilər.

Hazırladı: Bərəkətli Xəlilov